Müdafiə naziri: “Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlər davam etdiriləcək”

Zakir Həsənov

© APA | Zakir Həsənov

# 09 noyabr 2021 10:25 (UTC +04:00)

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xüsusi qeyd edib ki, qələbəmiz bizim birliyimizin qələbəsidir, bu, bütün Türk Dünyasının qələbəsidir”.

APA-nın məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla keçirilən mətbuat konfransında bildirib.

Müdafiə naziri Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü birgə qeyd etmək üçün Azərbaycana gələn türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR