Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib

Zakir Həsənov və Ramiz Tahirov Türkiyəyə yola düşüb

© APA | Zakir Həsənov və Ramiz Tahirov Türkiyəyə yola düşüb

# 14 sentyabr 2021 14:00 (UTC +04:00)

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR