Müdafiə nazirinin müavini təlimlərin gedişi barədə məruzələri dinləyib

təlim

© APA | təlim

# 18 may 2021 12:05 (UTC +04:00)

Azərbaycan Ordusunun təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.
Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.
Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR