Müdafiə Nazirliyi: Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb

Müdafiə Nazirliyi: Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb
# 28 iyun 2021 19:07 (UTC +04:00)

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən xəbərə görə, müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya “2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR