Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə atəşkəsin pozulması xəbərini təkzib edib - VİDEO - YENİLƏNİB

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı

© APA | Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı

# 06 iyun 2021 03:15 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

00.28

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”, - deyə xidmət rəisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR