Naxçıvan Qarnizonu Qoşunlarında yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlər davam etdirilir - FOTO

Naxçıvan Qarnizonu Qoşunlarında yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlər davam etdirilir - FOTO
# 25 avqust 2021 20:17 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı aparılan qabaqlayıcı profilaktik tədbirlər Naxçıvan Qarnizonu Qoşunlarında da davam etdirilir.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, infeksiyaların və yoluxucu xəstəliklərin qarşısının alınması, hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə hərbi şəhərciklərdə, birləşmə, hissə və bölmələrdə genişmiqyaslı dezinfeksiya tədbirləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Hərbi hissələrin ərazisində və xüsusilə də əsgər yataqxanalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilərək hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR