Ərazilərin işğaldan azad olunması zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə sosial müdafiə, məşğulluq və digər sahələrdə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilir.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetindən müvafiq qərarlara etdiyi dəyişikliklə bağlı verilən şərhdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb. Fərmanda sözügedən mərkəzlərdə göstəriləcək xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı, habelə həmin xidmətlərin göstərilməsi qaydası müəyyən olunub.
Bundan irəli gələrək Nazirlər Kabinetinin bir neçə sosial qərarlarında dəyişiklik edilib.
Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün, Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması və ödənilməsi , Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi , “Evdə (səyyar) sosial xidmətin göstərilməsi, Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi, Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə də müraciət edə biləcək.
NK: Şəhid ailələri, qazilər və əlillərə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilir
© APA | Nazirlər Kabineti
07 oktyabr 2021 16:30 (UTC +04:00)
Hərbi
Hərbi xidmətə aprel çağırışı yekunlaşır
11:33
25 aprel 2024
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir - VİDEO
10:26
25 aprel 2024
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
14:17
24 aprel 2024
Xəzərdə HDQ və FHN-in birgə taktiki təlimi keçirilir
13:04
24 aprel 2024