Polkovnik: “Qardaş Türkiyədən gələn istehkamçılarla birlikdə düşməndən azad edilmiş ərazilərdə minatəmizləmə tapşırığını icra edirik”

Polkovnik Ceyhun Bağırov

© APA | Polkovnik Ceyhun Bağırov

# 17 iyun 2021 14:09 (UTC +04:00)

“Qardaş Türkiyə Respublikasından ölkəmizə gələn istehkamçılarla birlikdə Azərbaycan istehkamçıları düşməndən azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatlarının təmizlənməsi tapşırığını icra edir”.

APA-nın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə təşkil olunmuş media-turda iştirak edən əməkdaşı xəbər verir ki, bunu Mühəndis Qoşunlarının zabiti, polkovnik Ceyhun Bağırov deyib.

C. Bağırov bildirib ki, işğaldan azad edilmiş torpaqlarda indiyədək 7 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlardan təmizlənərək aidiyyəti dövlət orqanlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR