Qanunsuz erməni silahlı dəstələri bölmələrimizin mövqelərini atəşə tutub

Qanunsuz erməni silahlı dəstələri bölmələrimizin mövqelərini atəşə tutub
# 14 noyabr 2021 15:10 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR