Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılış mərasimi olub - FOTO

Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılış mərasimi olub - FOTO
# 25 avqust 2021 19:13 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi olub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Qazaxıstan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.

Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayev çıxış edərək “Beynəlxalq Ordu Oyunları”nın başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıb.

Qazaxıstanın müdafiə naziri oyunların beynəlxalq əməkdaşlığın formalaşması, gücləndirilməsi və inkişafında əhəmiyyətindən danışaraq bu əlaqələrdə Qazaxıstanın rolunu da qeyd edib.

Sonra “Beynəlxalq Ordu Oyunları”nın bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.

Təntənəli mərasimin sonunda minaatan qruplarının yarışlarına start verilib.

Sentyabrın 4-dək davam edən "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan komandaları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR