Qoşunlarda yay tədris dövrü başlayıb

Qoşunlarda yay tədris dövrü başlayıb

© APA | Qoşunlarda yay tədris dövrü başlayıb

# 03 avqust 2021 18:19 (UTC +04:00)

2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb. Tədris dövrü üçün əsas məqsəd və vəzifələr, eləcə də onların icra qaydaları hərbi hissələrdə keçirilən tədbirlərdə diqqətə çatdırılıb.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklər, o cümlədən Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla keçiriləcək.

Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb.

Tədris dövrünün ilk günlərində bütün hərbi hissələrdə döyüş hazırlığı məşğələləri başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR