Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib - FOTO

Quru Qoşunlarında komanda-qərargah təlimi

© APA | Quru Qoşunlarında komanda-qərargah təlimi

# 19 noyabr 2021 11:59 (UTC +04:00)

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR