Rusiya 2020-ci ildə 15 milyard dollarlıq silah satıb

Rusiya 2020-ci ildə 15 milyard dollarlıq silah satıb

© APA | Vladimir Putin

# 07 iyun 2021 18:46 (UTC +04:00)

Rusiya Federasiyası 2020-ci ildə xarici ölkələrə 15 milyard dollardan artıq dəyərində silah satıb.

APA-nın “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Prezident Vladimir Putinlə görüşdə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev bildirib.

O, sifarişlər paketinin 50 milyard dolların üstündə saxlanıldığını da diqqətə çatdırıb və bunun çox vacib olduğunu vurğulayıb.

Xidmət rəisi bununla belə, hərbi-texniki əməkdaşlıq sahəsinin də pandemiyadan ciddi şəkildə ziyan gördüyünü bildirib, buna misal olaraq, beynəlxalq sərgilərin keçirilməməsini göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR