Rusiya ilin sonuna qədər qərb sərhədlərində 20-dək yeni hərbi birləşmə yaradacaq

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 31 may 2021 15:20 (UTC +04:00)

"Bu ilin sonuna qədər Qərb Hərbi Dairəsində 20-yə yaxın yeni birləşmə və bölmə yaradılacaq".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, bu, Rusiya sərhədlərində uçuşların intensivliyini və hərbi gəmilərini artıran ABŞ-ın liderlik etdiyi NATO müttəfiqlərinin fəaliyyətinə cavab olacaq.

"Qərbdən olan həmkarlarımızın hərəkətləri dünyadakı təhlükəsizlik sisteminə zərbə vurur və bizi adekvat əks tədbirlər görməyə vadar edir. Biz qoşunların tərkibini daim təkmilləşdiririk",-deyə Rusiyanın müdafiə naziri bildirib.

S. Şoyqu deyib ki, yeni bölmələr müasir silah və texnika ilə təchiz ediləcək və ümumilikdə, bu il Qərb Hərbi Dairə qoşunları iki min silahla təchiz olunması planlaşdırılır.

"Şəxsi heyətin və hərbi komandanlıq və nəzarət orqanlarının bacarıqlarının artırılması da davam edəcək. Baltik Donanmasının gəmiləri tərəfindən döyüş hazırlığı tapşırıqlarının işlənməsinin intensivliyi 30 faiz artıb, müxtəlif növ silahlardan istifadə olunmaqla iki yüzdən çox təlim həyata keçirilib", - deyə Sergey Şoyqu əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR