Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

© APA | Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

# 20 sentyabr 2021 12:31 (UTC +04:00)

Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdi.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunub, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlıq müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR