Rusiyalı hərbi ekspert Azərbaycanın Vətən müharibəsində qələbəsinin səbəblərini açıqlayıb

İqor Korotçenko

© APA | İqor Korotçenko

# 05 noyabr 2021 12:58 (UTC +04:00)

“Ermənistan 30 il ərzində keçilməz hesab etdikləri “Ohanyan səddi”ni inşa etmişdi”.

APA-nın xəbərinə görə, bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” konfransında Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, erməni hərbçilər hesab edirdilər ki, böyük itkilər olmadan bu səddi keçmək mümkün deyil.

“Amma etiraf etmək lazımıdır ki, Azərbaycan Ordusu əks-hücum zamanı qarşıya qoyulan hədəfə nail oldu. Bunun bir neçə səbəbi var. Azərbaycanın iqtisadi və siyasi sistemi kifayət qədər dayanıqlıdır. İkincisi, Azərbaycanın mənəvi ruhu yüksək idi. Üçüncüsü, Azərbaycan XXI əsrin ordusunu yaratmışdı. Dördüncüsü, Azərbaycan pilotsuz döyüş aparatlarından effektiv istifadə etdi. Hərbi idarəetmə taborlara, bölüklərə qədər effektiv idarəetməni təmin etdi. Azərbaycan torpaqlarını işğaldan azad etmək uğrunda mübarizə aparırdı, bu da xalqa, hərbçilərə mənəvi güc verirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR