Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib - VİDEO

Gennadi Anaşkin

© APA | Gennadi Anaşkin

# 25 sentyabr 2021 11:29 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Xatırladaq ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. İndi isə bu vəzifəyə Gennadi Anaşkin təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR