Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni komandanı Ermənistan müdafiə naziri ilə görüşüb

Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni komandanı Ermənistan müdafiə naziri ilə görüşüb
# 25 sentyabr 2021 14:52 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibində Rusiya sülhməramlılarının keçmiş komandanları general-leytenant Rüstəm Muradov, general-mayor Mixail Kosobokov və bu vəzifəyə yeni təyin olunmuş general-leytenant Gennadi Anaşkin olub.

APA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkini təqdim edib.

Tərəflər Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib. Görüşdə Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti müzakirə edilib, sülhməramlı missiyanın səmərəli fəaliyyətindən məmnunluq ifadə olunub.

Görüş iştirakçıları regional təhlükəsizlik problemləri ilə bağlı da fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR