Sabiq müdafiə naziri: “Latviya inanır ki, NATO–Azərbaycan münasibətləri hər iki tərəf üçün xeyirlidir”

Sabiq müdafiə naziri: “Latviya inanır ki, NATO–Azərbaycan münasibətləri hər iki tərəf üçün xeyirlidir”

© APA | Raymons Berqmanis

# 16 iyun 2021 15:17 (UTC +04:00)

“NATO Azərbaycana tərəfdaş kimi baxır. Biz Azərbaycanın NATO-nun beynəlxalq sülh əməliyyatlarına töhfəsini yüksək qiymətləndiririk”.

APA-nın xəbərinə görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransda sabiq müdafiə naziri, Latviya parlamentinin deputatı, Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Raymons Berqmanis deyib.

O bildirib ki, Azərbaycan 2002-ci ildən bəri Əfqanıstandakı sülh əməliyyatlarına dəstək verib.  

“Buna görə minnətdarıq. NATO və Azərbaycan arasında müdafiə təhsili sahəsində yaxşı əməkdaşlıq var. Azərbaycan müdafiə təhsili sahəsində NATO-nun tövsiyə etdiyi islahatları həyata keçirib. NATO və Azərbaycan arasında siyasi əməkdaşlıq sahəsində fərdi fəaliyyət planı imzalanıb. NATO üzvü olan Latviya inanır ki, NATO–Azərbaycan münasibətləri hər iki tərəf üçün xeyirlidir”, - deyə R. Berqmanis vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR