Şəhid leytenant Ümid Niftəliyev Naxçıvanda dəfn olunub - VİDEO - YENİLƏNİB

Şəhid leytenant Ümid Niftəliyev Naxçıvanda dəfn olunub - VİDEO  - YENİLƏNİB
# 18 noyabr 2021 16:04 (UTC +04:00)

Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlu Naxçıvanda dəfn olunub.

APA-nın xəbərinə görə, şəhid doğulduğu Babək rayonunun Nehrəm kəndində torpağa tapşırılıb.

Dəfn mərasində rəsmi şəxslər, Müdafiə Nazirliyinin əməkdaşları, ictimiayyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

***

11.25

Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlunun nəşi Naxçıvana yola salınıb.

APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında şəhidi Müdafiə Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri yola salıb.

Şəhid doğulduğu Nehrəm kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçisi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR