Şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım mərasimi keçirilib

Şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım mərasimi keçirilib

© APA | şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım günü

# 25 iyul 2021 16:10 (UTC +04:00)

Azərbaycan Hərbi Tarixi muzeyində şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, respublikanın mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən şəhidin xidmət yoldaşları, ailə üzvləri, kütləvi informasiya vasitələrinin əməkdaşları və digər qonaqlar iştirak edib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhid pilot polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açıblar. Anım mərasimində xidmət yoldaşları şəhid pilotla bağlı xatirələrindən danışıblar.

Mərasim R.Atakişiyevin həyat və döyüş yoluna həsr olunmuş “Sonuncu uçuş” adlı sənədli filmin nümayişi ilə davam edib. Mərasimdə Xalq artisti Fidan Hacıyevanın ifasında Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş “Yolun düşsə, bu yerlərə bir də gəl” mahnısı səslənib.

Anım mərasimi bədii hissənin təqdimatı və şəhidə həsr olunan sərginin nümayişi ilə sona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR