Şoyqu: "Əfqanıstanda meydana çıxan təhdidlər fonunda Rusiya, Tacikistan və Özbəkistan ortaq təlimlər keçirəcək"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu

© APA | Rusiyanın müdafiə naziri Sergey Şoyqu

# 28 iyul 2021 12:08 (UTC +04:00)

ABŞ qoşunlarının və NATO kontingentinin Əfqanıstandan çıxarılması fonunda bölgədə ortaya çıxan təhdidlərlə əlaqədar Rusiya, Tacikistan və Özbəkistan ortaq təlimlər keçirəcək.

APA-nın Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu tacikistanlı həmkarı Şirəli Mirzo ilə görüşündə deyib.

O bildirib ki, Rusiya və Tacikistan arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir.

"Meydana çıxan təhdidlərlə əlaqədar Tacikistanla geniş miqyaslı təlimlər keçiririk. Qarşıda özbək həmkarlarımızla təlimlər, sonra üç ölkənin - Rusiya, Özbəkistan, Tacikistan - iştirakı ilə təlimlər keçiriləcək. Ümid edirəm ki, bu təlimlər planlaşdırdığımız kimi olacaq və gözlənilən effekti verəcək", -deyə o bildirib.

Rusiyalı nazir qeyd edib ki, ABŞ qoşunlarının və NATO ölkələrinin Əfqanıstandan çıxarılması şəraitində bir çox problem yaranmaqdadır, xarici qüvvələrin Əfqanıstandan tələsik şəkildə çıxarılması vəziyyətin sürətlə deqradasiyasına, terror fəaliyyətinin artmasına səbəb olub.

"Bu gün təhlükəsizliklə bağlı risklər meydana çıxıb. Ancaq buna baxmayaraq, həm KTMT çərçivəsində, həm də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində nəinki bu məsələləri müzakirə etməli, eyni zamanda sərhədlərin və ərazilərin təhlükəsizliyini təmin etmək üçün müvafiq qərarlar qəbul etməli və müvafiq tədbirlər görməliyik", Rusiya müdafiə naziri vurğulayıb.

Sergey Şoyqu Tacikistan-Əfqanıstan sərhədinin təhlükəsizliyinin təmin edilməsi üçün addımların atılıdığını qeyd edib. O bildirib ki, Tacikistan ordusunu təchiz etmək üçün Rusiya əlavə silah və texnikanın ödənişsiz tədarükünü təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR