Tankçılarımız "Tank biatlonu" müsabiqəsində dördüncü yeri qazanıb

Tankçılarımız "Tank biatlonu" müsabiqəsində dördüncü yeri qazanıb
# 04 sentyabr 2021 18:45 (UTC +04:00)

Azərbaycan tankçıları "Beynəlxalq ordu oyunları - 2021" çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində 19 ölkə arasında dördüncü yeri qazanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Alabino poliqonunda keçirilən "Tank biatlonu" müsabiqəsinin filan mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstan tankçıları ilə mübarizə aparıblar. "Tank biatlonu"nun qalibi Rusiya komandası, ikinci yeri Çin, üçüncü yeri Qazaxıstan komandası tutub. Azərbaycan komandası isə dördüncü pillənin sahibi olub.

Qeyd edək ki, "Tank biatlonu" müsabiqəsinin final mərhələsi ilə "Beynəlxalq ordu oyunları - 2021"ə yekun vurulub .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR