Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə təlim başlayıb

Gürcüstanda “Eternity-2021” təlimi başlayıb

© APA | Gürcüstanda “Eternity-2021” təlimi başlayıb

# 04 oktyabr 2021 11:33 (UTC +04:00)

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
Təlim oktyabrın 8-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR