Türkiyə MN azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb

Türkiyə MN azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb
# 30 noyabr 2021 13:38 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin Ermənistanın işğalından azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların (PHS_ aşkarlanmasına verdiyi dəstək davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MN) bülletenində bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilmiş torpaqlarda Türkiyə və Azərbaycan tərəfindən 128 kvadrat kilometr ərazi mina və PHS-lərdən təmizlənib.

“Bundan əlavə, mina və digər partlayıcıların təmizlənməsi çərçivəsində 1025 nəfərə təlim keçilib”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR