Türkiyə MN: Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021”in məşqləri uğurla icra olunub - FOTO

Türkiyə MN: Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021”in məşqləri uğurla icra olunub  - FOTO
# 05 oktyabr 2021 15:56 (UTC +04:00)

Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi "Twitter" hesabında bildirilib.

“Türkiyə 3-cü Ordu Komandanlığı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla icra olunub”, - qeyd olunub.

Xatırladaq ki, “Sarsılmaz Qardaşlıq-2021” təlimi oktyabrın 8-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR