Türkiyə müdafiə naziri şəhid Valeh Məmiyevdən danışarkən kövrəlib - VİDEO

Türkiyə müdafiə naziri şəhid Valeh Məmiyevdən danışarkən kövrəlib - VİDEO
# 09 noyabr 2021 12:13 (UTC +04:00)

“Türkiyədə bir təlim zamanı Baş leytenant Valeh Məmiyevlə danışmışdım. Demişdim ki, bu təlimlər əhəmiyyətlidir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir, sənin vəzifən budur. O da söz vermişdi”.

APA-nın məlumatına görə, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.

Mətbuat konfransında kövrələn H. Akar deyib ki, V. Məmiyev Vətən müharibəsində yaralanıb: “Yaralanan zaman da xəstəxanada “Verdiyim sözü yerinə yetirdim” deyib. Bu, gerçəkdən də bizim üçün böyük xatirədəir”.

Qeyd edək ki, Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Oktyabrın ayının 23-də isə aldığı yaradan şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR