Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib

Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
# 30 noyabr 2021 14:18 (UTC +04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında paylaşım edib.

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar arzulayır, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik", - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR