Türkiyədə keçiriləcək təlimlərə uçan Azərbaycan HHQ helikopteri məcburi eniş edib - VİDEO

Türkiyədə keçiriləcək təlimlərə uçan Azərbaycan HHQ helikopteri məcburi eniş edib - VİDEO
# 20 may 2021 22:54 (UTC +04:00)

Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hazırda helikopterdə baş verən problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir və sonra uçuş marşrut üzrə davam edəcək.

Helikopterin ekipajı arasında xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR