Türkiyədə keçirilən beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib - FOTO

“Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi

© APA | “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi

# 26 may 2021 12:28 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.
Təlim iyunun 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR