Türkiyədə komando kursunu bitirən Azərbaycan hərbçiləri Vətənə qayıdıb

Türkiyədə komando kursunu bitirən Azərbaycan hərbiləri

© APA | Türkiyədə komando kursunu bitirən Azərbaycan hərbiləri

# 31 oktyabr 2021 12:24 (UTC +04:00)

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR