"Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir - VİDEO

"Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir - VİDEO
# 16 sentyabr 2021 19:36 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR