Vətən müharibəsi şəhidi Əkbər Məsimov Ağdaşda dəfn edilib - FOTO - YENİLƏNİB - VİDEO

Vətən müharibəsi şəhidi Əkbər Məsimovun məzarı

© APA | Vətən müharibəsi şəhidi Əkbər Məsimovun məzarı

# 07 iyun 2021 21:36 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

18.37

Vətən müharibəsində şəhid olan Əkbər Məsimov anadan olduğu Ağdaş rayonunda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon İcra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər, gənclər iştirak edib.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!”, "Ən böyük əsgər, bizim əsgər!" şüarları səsləndirilib.

Polkovnik Rasim Manafov cənazənin üzərindəki Azərbaycan bayrağını şəhidin qardaşı Elnur Məsimova təqdim edib.

Şəhidin nəşi hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb, yaylım atəşi açılıb.

Qeyd edək ki, Məsimov Əkbər Yunis oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

O, ötən il mayın 10-da nişanlanıb. Oktyabrın 5-də toy etməyə hazırlaşırmış. Sonuncu dəfə sentyabrın 27-də ailə üzvləri ilə əlaqə saxlayıb, döyüşə yollandığını bildirib. Həmin gündən sonra ailə üzvləri onunla əlaqə saxlaya bilməyiblər. Əkbər Məsimov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Hərbi Prokurorluğun bu gün yaydığı məlumata görə, Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

***

17.58

Vətən müharibəsinin şəhidi Əkbər Məsimovla anadan olduğu Ağdaş rayonunda vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kəndinə, yaşadığı evə gətirilib.

Şəhid hərbçi Qaradeyin kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Məsimov Əkbər Yunis oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

O, ötən il mayın 10-da nişanlanıb. Oktyabrın 5-də toy etməyə hazırlaşırmış. Sonuncu dəfə sentyabrın 27-də ailə üzvləri ilə əlaqə saxlayıb, döyüşə yollandığını bildirib. Həmin gündən sonra ailə üzvləri onunla əlaqə saxlaya bilməyiblər. Əkbər Məsimov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Hərbi Prokurorluğun bu gün yaydığı məlumata görə, Məsimov Əkbər Yunis oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR