Vətən müharibəsi şəhidi Eldəniz Verdiyev Göygöl rayonunda dəfn olunub - FOTO - YENİLƏNİB - VİDEO

Vətən müharibəsi şəhidi Eldəniz Verdiyev Göygöl rayonunda dəfn olunub - FOTO  - YENİLƏNİB  - VİDEO
# 05 iyun 2021 12:00 (UTC +04:00)

Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyev anadan olduğu Göygöl rayonunda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin nəşi Göygöl Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.

***

10.13

Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyevlə anadan olduğu Göygöl rayonunda vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin nəşi Göygölün Murovdağ qəsəbəsinə, yaşadığı evə gətirilib.

Şəhidin cənazəsinin önündə qurban kəsilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Göygöl rayonu, Murovdağ qəsəbə sakini, 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun nəşinin iyunun 2-də Murovdağ istiqamətində tapıldığı açıqlanıb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olan Eldəniz Verdiyev Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR