Vətən müharibəsi şəhidi Orxan Yusubov Gəncədə dəfn olunub - FOTO - YENİLƏNİB - VİDEO

Vətən müharibəsi şəhidi Orxan Yusubov Gəncədə dəfn olunub - FOTO  - YENİLƏNİB  - VİDEO
# 04 iyun 2021 14:24 (UTC +04:00)

Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubov Gəncədə dəfn olunub.

APA-nın xəbərinə görə, şəhid hərbçinin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində yaylım atəşi açılıb. Mərasimdə şəhidin yaxınları, şəhər İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb.

***

13.04

Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubovla Gəncə şəhərində vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, şəhid hərbçinin nəşi Gəncədə yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, şəhər İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR