Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO

Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü

© APA | Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü

# 07 noyabr 2021 09:25 (UTC +04:00)

Zəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.

APA-nln Müdafiə Nazirliyinin saytına isinadən verdiyi məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.
Tədbirdə "Zəfər Günü" münasibəti ilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.
Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.
Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.

© APA | Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR