Zakir Həsənov Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO - YENİLƏNİB

Zakir Həsənov Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO  - YENİLƏNİB
# 27 sentyabr 2021 13:14 (UTC +04:00)

Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

***

11.21

27 sentyabr - Anım Günü münasibətilə II Fəxri xiyaban ziyarət olunur.

APA-nın məlumatına görə, müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Kərim Vəliyev Müdafiə Nazirliyinin rəhbər heyəti ilə birlikdə II Fəxri xiyabanı ziyarət edib.

Vətən müharibəsində canından keçmiş şəhidlərin məzarlarına gül düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR