Zakir Həsənov Moskvada MDB Müdafiə Nazirlərinin iclasında iştirak edib - FOTO

Zakir Həsənov Moskvada MDB Müdafiə Nazirlərinin iclasında iştirak edib - FOTO
# 10 noyabr 2021 14:15 (UTC +04:00)

Moskvada MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Mərkəzində keçirilən iclasdan öncə müdafiə nazirləri Kreml divarların yaxınlığındakı Aleksandr Bağında yerləşən Naməlum Əsgərin məzarı önünə əklil qoyublar.

Hərbi Əməkdaşlıq Muzeyində nazirlərə Mərkəzi Hərbi Arxivə aid Brest qalasının müdafiəsi, 28 Panfilov qəhrəmanının şücaəti, Dnepr uğrunda döyüş, Sevastopolun müdafiəsi ilə bağlı sənədlərin əsli nümayiş etdirilib.

İclasda çıxış edən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, birgə əməkdaşlıq illəri ərzində MDB ölkələrinin silahlı qüvvələri arasında ənənəvi əlaqələrin möhkəmlənməsinə və yeni qarşılıqlı fəaliyyət sahələrinin inkişafına töhfə verən etimad münasibətləri mühiti formalaşıb.

Onun sözlərinə görə, Müdafiə Nazirləri Şurası MDB-nin hərbi təhlükəsizliyinin təmin edilməsi naminə tərəfdaşlıq dairəsini genişləndirməyə və səmərəli qərarlar qəbul etməyə imkan verir: “Əminəm ki, Şuranın bugünkü iclası konstruktiv atmosferdə keçəcək və onun nəticələri dövlətlərimizdə sülhün və sabitliyin qorunmasına kömək edəcək”.

İclasda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.

Müdafiə nazirləri 2022-ci il üçün birgə tədbirlər planını təsdiqləyiblər, hərbi əməkdaşlığın inkişafı perspektivlərini müəyyən ediblər.

Eyni zamanda nazirlər Birləşdirilmiş Hava Hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR