Zakir Həsənov Polad Həşimov və İlqar Mirzəyevin məzarını ziyarət edib - VİDEO - YENİLƏNİB

Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib

© APA | Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib

# 12 iyul 2021 17:13 (UTC +04:00)

İyulun 12-də Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada uyuyan bütün şəhidlərin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Tovuz döyüşlərinin ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

Qeyd edək ki, 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 10 hərbçi qəhrəmancasına şəhid olub.

Polad Həşimov və İlqar Mirzəyev II Fəxri xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR