Zakir Həsənov Rabitə qoşunlarının hərbi hissəsində olub - FOTO

Zakir Həsənov Rabitə qoşunlarının hərbi hissəsində

© APA | Zakir Həsənov Rabitə qoşunlarının hərbi hissəsində

# 08 sentyabr 2021 19:04 (UTC +04:00)

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, sentyabrın 8-də Nazirliyin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub.

Nazirliyinin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR