Zakir Həsənovun Gürcüstana səfəri başlayıb - YENİLƏNİB-1

Zakir Həsənovun Gürcüstana səfəri başlayıb - YENİLƏNİB-1
# 04 oktyabr 2021 11:40 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir paytaxt Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyub.

Qeyd edək ki, Z. Həsənov sabah Kaxetidə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

***

saat 10:09

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, general-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

***

09.40

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstana səfərə gedib.

APA-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstanın müdafiə nazirlərinin görüşü keçiriləcək.

Görüş zamanı tərəflərin iki ölkə arasındakı hərbi əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR