Ağdamda 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi tapılıb - FOTO

Ağdamda 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi tapılıb - FOTO
# 05 yanvar 2021 18:22 (UTC +04:00)

Yanvarın 4-də Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsi tərəfindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu Qiyaslı kəndi ərazisində xeyli sayda mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Ağdam rayon Polis şöbəsinin əməkdaşları həmin əraziyə göndəriilib. Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib.

Həmin ərazinin düşmənin döyüş mövqeyi olduğu və mülki sakinlərə və obyektlərə qarşı oradan atışların həyata keçirildiyi müəyyən olunub. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 528 ədəd sursat: 3 ədəd top mərmisi, 72 ədəd "Qrad" qurğusundan açılan 122 mm-lik 9M22U raketi, 5 ədəd minatan mərmisi, 2 ədəd TM62P tank əleyhinə minası, 919 ədəd partladıcı, eləcə də 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi aşkar edilib.

Aşkar olunmuş sursatlar Agentliyin çütəxəssisləri tərəfindən DİN və DTX-nın əməkdaşlarının iştirakı ilə partlayış yolu ilə zərərəsizləşdirilib.

***

ANAMA-nın mütəxəssisi Xaliq Zülfüqarov APA-ya açıqlamasında bildirib ki, işğaldan azad olan ərazilərdən partlamamış hərbi sursatlarla yanaşı, həm də ermənilərin bilərəkdən açıq yollarda və gizlin keçidlərdə quraşdırdığı minalar da aşkarlanır. Daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdirilir: “Dünən və bu gün əraziyə baxış keçirilib. Ərazidə çoxlu sayda partlamamış hərbi sursatların olduğu aşkarlandı. Bu gün onların bir neçəsini zərərsizləşdirmişik. Həmin sursatlar Qiyaslı kəndində, yol kənarından 30 metr içəridə aşkar edilib. Təxmin edirik ki, ermənilərin bu ərazidə anbarları olub. Müharibə vaxtı bizimkilər tərəfindən düşmənin atəş nöqtələri susdurulan zaman həmin anbar dağıdılıb".

X. Zülfüqarov onu da qeyd edib ki, işğaldan azad olan ərazilərdi onlarla belə faktlara rast gəlmək mümkündür. Bu səbəbdən də yerli sakinlərin bu ərazilərə girməsi tövsiyə olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR