Azərbaycan Ordusu bölmələrinin dağlıq ərazidə təlimi keçirilib - VİDEO

Azərbaycan Ordusu bölmələrinin dağlıq ərazidə təlimi keçirilib - VİDEO
# 22 iyun 2020 12:42 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən dağlıq ərazidə hücumun planlaşdırılması və aparılması tapşırıqlarının icrası üzrə Azərbaycan Ordusu bölmələrinin təlimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimə 800 nəfərədək şəxsi heyət, 100-dək zirehli döyüş və avtomobil texnikası, 40-dək müxtəlif çaplı artilleriya qurğusu, 6 ədəd döyüş və nəqliyyat helikopterləri cəlb olunub.

Təlimin məqsədi komandirlərin dağlıq ərazidə döyüş bacarıqlarının təkmilləşdirilməsi, dağlıq ərazidə hücum döyüşlərinin aparılması zamanı bölmələrin idarəolunması, şəxsi heyətin fiziki dözümlülüyünün yoxlanılması, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinin təşkili olub.

Həyəcan siqnalı ilə qaldırılan bölmələr ehtiyat rayonunun tutulması, dağ aşırımlarının və hakim yüksəkliklərin ələ keçirilməsi, əsas qüvvələrin hücumu üçün əlverişli şərait yaradılması tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimin yekun mərhələsində döyüş atışları icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR