Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsev dəfn olunub - YENİLƏNİB-1 - FOTO - VİDEO

Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsev dəfn olunub - YENİLƏNİB-1 - FOTO - VİDEO
# 26 oktyabr 2020 14:12 (UTC +04:00)

 

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsev dəfn olunub.

 

APA-nın məlumatına görə, hərbçimiz II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

12.17

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi davam edir.

APA-nın məlumatına görə, hərbçimizin cənazəsi Müqəddəs Jen-Mironosits Rus-Pravoslav kilsəsinə aparılıb. Kilsədə dini ayin keçirilib, dualar oxunub.

***

10.40

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, vida mərasimi şəhidin evinin önündə təşkil edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR