Azərbaycan Ordusunun şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşüb - VİDEO

Azərbaycan Ordusunun şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşüb - VİDEO
# 01 mart 2020 16:21 (UTC +04:00)

Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir.

Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər martın 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR