Azərbaycan Prezidenti Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını açıqlayıb

Azərbaycan Prezidenti Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını açıqlayıb
# 09 oktyabr 2020 17:57 (UTC +04:00)

“Sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vurulub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı Ermənistanın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını açıqlayıb: “16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 ədəd “Uraqan”, 10 ədəd özüyeriyən artilleriya qurğusu (8 Akasiya, 2 Qvozdika), 36 piyadaların döyüş maşını, 24 ədəd artilleriya batareyası, 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 ədəd OSA zenit-raket kompleksi, 2 ədəd KUB zenit-raket kompleksi, 4 ədəd “Repelend” radiotexniki maneə vasitəsi, 136 ədəd top, 56 minaatan, 1 ədəd TOS-1 A odsaçan, 2 ədəd radiolokasiya stansiyası, 1 ədəd “Kalçuqa” anteni məhv edilib”.

Ali Baş Komandan qeyd edib ki, 18 ədəd tank, 4 ədəd top, 22 ədəd piyadaların döyüş maşını, 12 minaatan, 4 ədəd UAZ maşını, 1 ekskavator, 27 ədəd “İqla” kompleksi, 1 ədəd Zil, 9 ədəd QAZ maşını qənimət götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR