Azərbaycanla Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanla Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb
# 21 yanvar 2020 15:32 (UTC +04:00)

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.

Protokola uyğun olaraq, Müdafiə nazirləri Fəxri qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.

Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

Sonra Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR