Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir

Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir
# 21 dekabr 2019 15:03 (UTC +04:00)

Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı”nın dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün "Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik mütəxəssislərinin biliklərinin təkmilləşdirilməsi və onların müasir qlobal çağırışlara qarşı hazırlıqlarının artırılmasıdır.

Dekabrın 28-dək davam edəcək tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR