DSX-nin əsgəri ehtiyatsızlıqdan vəfat edib

DSX-nin əsgəri ehtiyatsızlıqdan vəfat edib
# 29 iyul 2020 11:51 (UTC +04:00)

29 iyul 2020-ci il tarixində saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib.

DSX-dən APA-ya bildirilib ki, Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR