Dövlət Xidməti: Döyüşlərdə könüllü iştirak etmək üçün 46 mindən çox vətəndaş müraciət edib

Dövlət Xidməti: Döyüşlərdə könüllü iştirak etmək üçün 46 mindən çox vətəndaş  müraciət edib
# 20 iyul 2020 16:15 (UTC +04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir.

Dövlət Xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 46 mindən çox vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR